Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əhmədov Urfan Nizaməddin oğlu

Ağdaş Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Zərdab rayonu üzrə)

Əhmədov Urfan Nizaməddin oğlu. 1966-cı il aprel ayının 5-də Zərdab şəhərində anadan olmuşdur.1973-cü ildə Zərdab şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə getmiş,1983-cü ildə həmin məkətbi bitirmişdir.Elə həmin il İnşaat Mühəndisləri Universitetinin sənaye və mülki tikinti fakultəsinə qəbul olunmuşdur.Həmin Universiteti bitirərək inşaatçı-mühəndis ixtisasını almışdır.    1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.    10.09.1986-cı ildən 03.03.1989-cu ilə qədər Zərdab Təsərrüfatlararası tikinti idarəsində fəhlə,04.03.1989-cu ildən 28.09.1992-ci ilə qədər Zərdab rayonu İcra Hakimiyyəti Başçısı aparatının ümumi şöbəsində kadrlar üzrə böyük müfəttiş,28.09.1992-ci ildən,23.12.1994-cü ilə qədər Zərdab rayonu İcra Hakimiyyəti Başçısı aparatında Hümanitar məsələlər üzrə şöbədə məsləhətçi,24.12.1994-cü ildən,08.08.2008-ci ilə qədər Zərdab Rayonu Gənclər və İdman idarəsinin rəisi,08.08.2008-ci ildən,11.09.2009-cu ilə qədər Zərdab Rayonu İcra Hakimiyyəti Başçısı aparatında ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri,25.08.2016-cı ildən,27.10.2016-cı ilə qədər Zərdab Rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.2017-ci ilin yanvar ayından etibarən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi,baş məsləhətçi vəzifəsində çalışır.    Ailəlidir,3 övladı var.

Telefon: (02029) 6 63 85

Faks: (02029) 6 60 61

E-poçt: zerdab.medeniyyet@mail.ru

Qəbul günləri: çərşənbə axşamı,çərşənbə,cümə axşamı