Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Mirqələm İsgəndər oğlu

Ağdaş Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

            Əliyev  Mirqələm  İşgəndər oğlu.27 dekabr 1956-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub.             1982-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Ucar Rayon Mədəniyyət və Turizm Şöbəsinə(Ucar Rayon Mədəniyyət Şöbəsi) kəlmiş və ötən dövr ərzində mədəni çadır, avtoklub müdiri,Rayon Mədəniyyət evinin bədii rəhbəri vəzifələrində işləmiş,1991-ci ildən 2016-cı ilin sonuna dək Ucar Rayon  Mədəniyyət  və Turizm Şöbəsində məsləhətçi  vəzifəsində çalışmışdır.             2017-ci ilin yanvar ayından Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində işləyir.     Hələ Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldığı illərdə təhsildə və İnstitutun ictimai həyatında qazandığı uğurlara görə  “Əmək İgidliyinə görə”medalı ilə təltif edilmişdir.     Mirqələm Əliyevin 1988-ci ildə yaradıcısı olduğu “Şirvan ocağı”folklor kollektivi rayonda keçirilən bədii özfəaliyyət kollektivlərinə baxış-müsabiqələrin qalibi olmuş,kollektivin 1989,1990-çı illərdə Dövlət televiziyasında dəfələrlə  çıxışı təşkil edilmişdir.     Mədəniyyət və Turizm Nazirliyinin(Mədəniyyət Nazirliyi)18 oktyabr 1990-cı il tarixli 21 saylı Kollegiya qərarı ilə “Şirvan ocağı”folklor kollektivinə “Xalq “kollektivi adı verilmişdir.    Mirqələm Əliyev ailəlidir,2 övladı,4 nəvəsi var.

Telefon: ( 02021) 3 01 67 050 661 49 13

Faks: ( 02021) 3 01 67

E-poçt: miri.1956@mail.ru