Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Vəliyev İlqar Mahir oğlu

Ağdaş Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Vəliyev İlqar Mahir oğlu.12 sentyabr 1975-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.1982-ci ildə Bakı şəhər 8 nömrəli musiqi təmayüllü internat orta məktəbinə daxil olmuş,1992-ci ildə həmin məktəbi bitirmişdir.1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş,1997-ci ildə həmin təhsil ocağını bitirərək mədəniyyət müəssisələri üzrə menecer ixtisasını almışdır.2003-cü ildə Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsində tarixi abidələrin mühafizəçisi vəzifəsinə təyin olunmuşdur.2007-ci ildən etibarən Məqsud Şeyxzadə muzeyində baş fond mühafizi,sonra isə direktor vəzifəsində çalışmışdır.2008-ci ildən 2016-cı ilin dekabr ayınadək Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləmişdir.2017-ci ilin yanvar ayından etibarən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışır.II dərəcəli Dövlət Qulluqçusudur. Ailəlidir.2 övladı var.

Telefon: 02023 5 56 19

E-poçt: aghdash@mct.gov.az

Qəbul günləri: Bazar ertəsi-Cümə