Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalında Müqəddəs Ramazan ayı ilə əlaqədar tədbir keçirilib.

03.05.2021

Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktor müavini Sevgili İbrahimova açaraq bildirib ki, Ramazan ayı ayların ən birincisi, ən gözəli və bizə xoşbəxtlik, rahatlıq, rəhmət, bərəkət gətirən aydır. Bu ayda min aydan daha xeyirli olan Qədr gecələri vardır.

Hacı Osman məscidinin Quran tədrisi üzrə müəllimi Aynur Məmmədova çıxış edərək  qeyd edib ki, İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Çünki bu ayın gecələrinin birində Müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir. Onları paklığa, xeyirxahlığa dəvət edir. Tədbir iştirakçıları Aynur xanıma maraqlı suallar veriblər.

  Sonda “11 Ayın sultanı Ramazan” adlı sərgiyə baxış keçirilib.

 

88.4 KB

 

124 KB