Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Açıq Kitabxana təşkil edilmişdir.

03.05.2021

30 aprel 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi  və 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili”elan olunması ilə bağlı “Nizami Gəncəvi-880 “başlığı altında Açıq Kitabxana təşkil edilmişdir.

Açıq Kitabxanada  Nizami Gəncəvinin əsərləri, şair haqqında yazılan monoqrafiyalar, mətbuat nümunələri və fəal oxucuların şairin əsərlərinə çəkilmiş rəsmləri sərgilənmişdir.

Açıq Kitabxananı Zərdab rayon MKS-nın direktoru Nailə Əliyeva açaraq qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili”elan olunması ilə bağlı  Zərdab rayon MKS-nin bütün kitabxanalarında pandemiya qaydalarına əməl olunaraq, müxtəlif formada silsilə tədbirlərin  keçirilməsi davam edir.

Tədbirdə digər iştirakçılarla yanaşı məktəbli oxucular da iştirak etmişlər. Onlar Nizami Gəncəvinin əsərlərindən nümunələr söyləmişlər.

 

1.9 MB