Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində ”Nizami Gəncəvi dühası” adlı dəyirmi masa keçirilib.

03.05.2021

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Nizami Gəncəvi İli"nə həsr olunmuş tədbirlər silsiləsindən "Nizami Gəncəvi dühası" adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Samirə Vəliyeva açaraq bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. O, həmçinin qeyd edib ki, sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Sonra Mərkəzin fond mühafizi Könül Bayramova çıxış edərək bildirib ki, Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, dünya ədəbiyyatında humanist və mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Onun əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün dünyanı dolaşır.

Daha sonra Mərkəzin bələdçisi Aytən Zeynalova çıxış edib. O, çıxışı zamanı şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərlərinin bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırdığını, ağlın qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyatdığını, o cümlədən “Nizami Gəncəvi İli”nin böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacağını bildirib.

 

40 KB

 

56.6 KB

 

42.5 KB