Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi - ümumbəşəri şair” adlı videokonfrans keçirilib.

03.05.2021

3 may 2021-ci il tarixində Ağdaş rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Nizami Gəncəvi ili çərçivəsində “Nizami Gəncəvi - ümumbəşəri şair” adlı onlayn tədbir keçirilib. Tədbirin qonağı AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, folklorşünaslığa, ədəbiyyatşünaslığa və mifologiyaya dair 17 kitabın, 300 ədəd elmi məqalənin müəllifi, Nizami Gəncəvi yaradıcılığına dair 2 kitabı – 2003-cü ildə “Nizami poeziyası: Mif-Tarix konteksti”  və  2021-ci ildə “Nizami Gəncəvi: Etnogenez və mifologiya”  adlı kitabları nəşr olunmuş Seyfəddin Gülverdi oğlu Rzasoy olub. Tədbirdə həmçinin Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak etmişdir. Professor Seyfəddin Rzasoy Nizami Gəncəvi yaradıcılığı haqqında geniş mühazirə ilə çıxış edib.

 

847.3 KB

 

747.1 KB

 

778.9 KB