Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin şagirdlərinə növbəti onlayn məşğələ keçirilib.

03.05.2021

01.05.2021-ci il tarixdə “Heydər Əliyev irsi vətənpərvərlik tərbiyəsi məktəbidir” mövzusuna həsr olunmuş məşğələdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək vurğulayıb ki, xalqımız ən ağır, çətin məqamlarda milli mənsubiyyəti ilə qürur duyan, azərbaycançılıq ideologiyasının kamil daşıyıcısı, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında bir yumruq kimi birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaranıb, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verib.

“Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir”- deyə Könül xanım məruzəsində səsləndirib.

Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Onlayn məşğələnin sonunda şagirdlər dünya liderlərinin Heydər Əliyev haqqında olan fikirlərini səsləndirdilər, ümumilli liderə ithaf olunan şeirlər söylədilər.

Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu məşğələlər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

 

52.4 KB

 

73.5 KB

 

78.9 KB