Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsi və Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Göyçay rayon Mərkəzi Kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar tədbir keçirilib.

01.06.2021

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar Ağdaş Regional Mədəniyyət İdarəsi və Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı tədbir təşkil olunub.

Tədbirdə Ağdaş, Göyçay və Ucar rayonlarından olan, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Qəhrəmanların övladları və ailə üzvləri iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və sonra Şəhid, Polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı, eyni zamanda Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilova bu əlamətdar günün təsis olunması haqqında ətraflı məlumat verərək tədbiri açıq elan edib.

Daha sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və Göyçay rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Zivər Zeynalova çıxış edərək, tədbirdə iştirak edən Şəhid ailələrini salamlamış, Şəhidlərimizin xatirəsinin əziz tutulması, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşılmasının həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifə borcumuz olmasından söz açıb, uşaqların bayramını təbrik ediblər.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri təşkilatçılara tədbirin təşkil olunması ilə əlaqədar şəhid ailələri və şəhid ailələrinin övladları adından minnətdarlıqlarını bildiriblər.

Tədbirdə müxtəlif cizgi film personajlarının və şən klounların iştirakı uşaqlarda yüksək əhval-ruhiyyə yaratmışdır.

 

99.3 KB

 

139 KB

 

184.8 KB