Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.

01.06.2021

31.05.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində “1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə, rayon 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının körpə fidanlarının iştirakı ilə “Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi – uşaqlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara can sağlıgı, firəvan həyat və uğurlar arzulayıb.

Tədbirdə uşaqlar sülhə, həmrəyliyə, vətənpərvərliyə aid şeirlər söylədi, mahnılar oxudular, rəqs nömrələri ilə çıxış ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Bu həvəsləndirici hədiyyələr uşaqlara böyük sevinc bəxş edib.

 

75 KB

 

65.6 KB

 

63.3 KB