Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

02.06.2021

Ucar rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə Vətən müharibəsi şəhidlərinin övladları diqqətdən kənarda qalmayıb, onlar bayram hədiyyəsi ilə sevindirilib. Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Məmmədov Çoşqunun oğul övladını bayram hədiyyələri ilə təbrik ediblər. Tədbirdə çıxış edənlər bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər. Qeyd edilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

 

76.9 KB

 

66.4 KB

 

80.1 KB