Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əmakdaşları, Şəhid Polkovnik - Leytenant Vidadi Xəlilovun doğum günü ilə əlaqədar şəhidin Ev Muzeyində tədbir təşkil ediblər.

16.07.2021

15.07.2021 - ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əmakdaşları, Şəhid Polkovnik - Leytenant Vidadi Xəlilovun doğum günü ilə əlaqədar şəhidin Ev Muzeyində "Qartal kimi daima zirvələrdə dolaşan Azərbaycanın mərd oğlu" adlı tədbir təşkil ediblər. Tədbiri Oxu zalının müdüri Sevinc Qafurova açaraq, uşaqlara şəhidin keçdiyi ömür və döyüş yolundan ətrafl məlumat verib,işlədiyi dövrdə qazandığı medallar və Fəxri fərmanlarla tanış edib. Sonra söz Şəhidin qızı Zəhra Xəlilzadəyə verilib. O, atasının öz peşəsinin necə vurğunu olduğundan, onunla keçirdiyi xatirələrindən danışıb və şəhidə həsr olunmuş "Şəhid anası"şeirini söyləyib. Sonda şəhidin adına tikilmiş bulaq kompleksinin qarşısında xatirə şəkili çəkdirilib.

 

87.1 KB

 

102.9 KB