Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində “52 il əvvəl başlayan uğur hekayəsi” adlı sərgi hazırlanıb.

16.07.2021

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər varki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 1969-cu ilin 14 iyul tarixi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündür.

Bu gün Ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümüdür.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən “52 il əvvəl başlayan uğur hekayəsi” adlı sərgi hazırlanıb. Sərgidə rəsmi sənədlər, fotolar, Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr nümayiş olunur.

 

60.8 KB