Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Qurban bayramı münasibəti ilə dəyirmi masa təşkil olunub.

17.07.2021

17 iyul 2021 -ci il tarixində Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibəti ilə dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə Ağdaş Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev açaraq başda Şəhid və Qazi ailələri olmaqla bütün Azərbaycan xalqına müqəddəs Qurban Bayramı  münasibəti ilə öz təbriklərini çatdırıb. Kənan Nəbiyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirdi.

Daha sonra tədbirin qonağı Qafqaz Müsəlmanları İdarəsinin Ağdaş şöbəsinin Zeynəddin kənd icmasının imamı, İlahiyyatçı Qasımov Elçin çıxış edərək qeyd edib ki, yüz illərdir Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.

 

53.9 KB

 

71.4 KB