Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qurban bayramı

19.07.2021

Hörmətli həmkarlar!

Sizi Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi adlndan dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzu edirik. 

Xalqımız bu il Qurban bayramını qürur və Zəfər ovqatı ilə qeyd edir. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük hərbi əməliyyatlar nəticəsində azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu müqəddəs bayram ərəfəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiramla anır, Allahdan rəhmət diləyirik. Vətən Müharibəsi zamanı sağlamlığını itirmiş qazilərimizə isə şəfa, cansağlı arzu edirik.

Bu müqəddəs bayramda etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə sizə səmimi təbriklərimizi yetiririk. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban Bayramınız Mübarək olsun!

 

435.8 KB