Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Gülxar Həsənovanın 100 illik yubileyi qeyd edilmişdir.

03.12.2018

         28 noyabr 2018-ci il tarixində  Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın görkəmli opera müğənnisi, Azərbaycanın SSR xalq artisti Gülxar İbrahim  qızı Həsənovanın 100 illik yubiley gecəsi keçirilmişdir.Tədbirdə məktəbin müəllim və şagir kollektivi ilə yanaşı mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İlk olaraq  tədbiri məktəbin direktoru Rafiq İsgəndərov qonaqları salamlayaraq açıq elan edti. Daha sonra əvəzolunmaz istedadlı sənətçi Gülxar Həsənovanın həyat və yaradıcılığı əks etdirən qısa metrajlı video-çarx nümayiş etdirildi.Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur.Bakı Teatr Texnikumun-da oxumuş, səhnə fəaliyyətinə  Azərbaycan Gənc Tamaşaçılar Teatrnda  başlamışdır.Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul  olunmuşdur.Onun yaradıcılığının zirvəsi Müslüm Moqamayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası  partiyalarıdır. O, Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir.

       Daha sonra Gülxar  Həsənovanın möhrünü vurduğu ifalar ardıcıl olaraq məktəbin “Karvan”  ansamblının müşayəti ilə Samirə Qarayevanın və Elşad Ehtiram oğlunun ifasında səslənmişdir.

      Tədbir unudulmaz sənətkarımız Gülxar Həsənovanın ifa etdiyi musiqi sədaları altında sona çatdı.

 

451.8 KB

 

536.8 KB

 

544.3 KB