Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Seyid Əzim Şirvani yaradıcılığında realizm”

03.12.2018

          30 noyabr 2018-ci il tarixində R.Rzanın ev muzeyində Seyid Əzim Şirvaninin doğum və anım günü ilə əlaqədar “Seyid Əzim Şirvani yaradıcılığında realizm” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan R.Rza ev muzeyinin direktoru S.Həsənova qeyd etmişdir ki, Seyid Əzim Şirvani yaradıcılığında maarifçilik, tənqidi satirik şeirlər və eyni zamanda realizm üstünlük təşkil edirdi. Onun realist şeir yaradıcılığında “Əkinçi” qəzetinin xüsusi rolu olmuşdur. Maarifçi şair üçün “Əkinçi” qəzeti xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi.

          Digər natiq 7 saylı orta məktəbin direktor müavini şair Aqil Kəngərli Şirvani yaradıcılığını ətraflı təhlil edərək qeyd etmişdir ki, zəngin ədəbi yaradıcılığına malik S.Ə.Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri farsca böyük külliyyatdan ibarətdir. Natiq qeyd etmişdir ki, həmişə nadanları cəhalət yuxusundan oyatmağa çalışan Şirvani həmin nadanlar tərəfindən meciddə qətlə yetrilmişdir. 

           Çıxışlardan sonra söz məktəblilərə verildi. Şəhər 7 və 3 saylı məktəbin 6-7-ci sinif şagirdləri Xədicə Nəzərlizadə, İsmayıllı Töhfə, Mehdizadə Mətin, Qasımov Nihat Şirvaninin şeirlərindən parçalar söyləmişlər.

            Tədbirdə rayon Mərkəzi kitabxananın və “Arvan” kitabxanasının  əməkdaşları iştirak edirdi.

 

1.1 MB

 

903.8 KB

 

665.2 KB