Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon MKS-də dramaturq, ssenarist, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

04.12.2018

25.11.2018-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında dramaturq, ssenarist, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyi münasibətilə tədbir keçirildi.

         İlk öncə tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq  qeyd etdi ki, oxunaqlı, maraqlı, təbii, səmimi yazan qüdrətli ədib İmran Qasımov qələmə aldığı hər bir əsərə xüsusi həssaslıqla yanaşmışdır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik duyğuları yazıçının sözü, əməli, düşüncələri ilə sıx vəhdət təşkil edib. İmran Qasımov 63 il ömür sürsədə bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq. 

        O,həmçinin qeyd etdi ki, xalq yazıçısı İmran Qasımovun çoxşaxəli yaradıcılığında əsas yerlərdən birini məhz müharibə mövzusu tutur və onun müharibə mövzusunda yazdığı əsas əsərlərdən biri də “Uzaq sahillərdə” əsərində əsərin qəhrəmanı əfsanəvi partizan Mixaylo həmyerlimiz – Mehdi Hüseynzadənin də anadan olmasının 100 illiyidir. Həm də maraqlı haldır ki, yazıçı da onun qəhrəmanı da 25 noyabr 1918-ci ildə anadan olmuşdur.

       Kitabxananın əməkdaşı Vüsalə Məmmədova çıxış edərək görkəmli yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirib ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, dramaturq, kinossenarist və publisist, ictimai xadim, dövlət mükafatı laureatı, xalq yazıçısının anadan olmasının 100 illiyi tamam olur. İmran Qasımovun Azərbaycan dramaturgiyasının inkişafında çox böyük xidmətləri olub. "İnsan məskən salır", “Onun böyük ürəyi”, "Nağıl başlananda", "Ömür elə qısadır ki", "Dairəni genişləndirin", "Sən nə üçün yaşayırsan?" pyesləri Azərbaycan dramaturgiyasından qazandığı görkəmli nailiyyətlərdəndir. İmran Qasımovun ssenariləri əsasında çəkilmiş bir çox filmlərində azad, əməyə məhəbbət, eləcə də müasirlərin hiss və duyğularının dayandığını qeyd etdi. Milli kino sənətimizin qızıl fonduna daxil olmuş bu filmlərə indi də maraqla baxılır. İmarna qasımovun “Uzaq sahillərdə” filminin nümayişi tədbir iştirakçılarının marağına səbəb oldu.

      Sonda tədbir iştirakçıları “İmran Qasımov - 100”, “Mehdi Hüseynzadə -100”  başlığı altında təşkil edilmiş sərgisiyə baxış keçirildi.

 

128.3 KB

 

127 KB

 

130.1 KB