Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər davam edir.

04.12.2018

Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi   rayon  2 saylı  tam orta məktəbində V-IX sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev müasir Azərbaycan dövlətinin və milli ideologiyamızın banisidir"  mövzusunda açıq dərs keçirdi. 
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova xalqımızın tarixini amansız kəşməkəşlərdən  uğurla keçirib  yaşatmağı, inkişafa doğru  istiqamətləndirməyi bacaran  dövlət xadimi, uzaqgörən  siyasətçi  Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının  tarixində və taleyində elə bir şərəfli həyat yaşamışdır ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca  yaşayacaqdır. O, hər zaman  xalq ilə nəfəs almış,  həyatının mənasını xalqına xidmətdə  görmüşdür.  Xalq da həmişə  Heydər Əliyevi sevmiş, onunla fəxr etmiş, onun siyasətini  dəstəkləmiş və etibarlı dayağına  çevrilmişdir.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova "Heydər Əliyev müasir Azərbaycan dövlətinin və milli ideologiyamızın banisidir"  başlıqlı məruzəsində  vurğulamışdır ki, Azərbaycan  xalqı çox xoşbəxtdir ki,  onun Heydər Əliyev kimi  dünya miqyasında  sayılıb-seçilən  ümummilli lideri var.  O bu gün cismən aramızda olmasa da, əbədi bizimlə olacaq və əziz xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Çünki Heydər Əliyevin  bütün dövrlərdəki  fəaliyyəti Vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Azərbaycanın  dövlət müstəqilliyinə  nail olmaq və onu möhkəmləndirmək  ulu öndərimizin amalı olmuşdur. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu  müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək  çiçəklənəcəkdir.

         Məktəbin tarix müəllimi Kamilə Yahyayeva  bildirib ki, ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində yer alması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Açıq dərsdə şagirdlər Dahi şəxsiyyətin müdrik fikirlərini və kəlamlarını söyləyərək  ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutduqlarını, dahi rəhbərin ideyalarına həmişə sadiq qalacaqlarını bildirdilər.

 

2.4 MB

 

2.6 MB

 

2.2 MB