Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-də Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

05.12.2018

           Hər il olduğu kimi, xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anır, ulu öndərin keçdiyi zəngin həyat yoluna və şərəfli siyasi fəaliyyətinin əsas məqamlarına bir daha nəzər salınır. Anım günü münasibətilə 5 dekabr 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin vəfatının  15-ci il dönümü ilə əlaqədar olaraq “Tarixin böyük azərbaycanlısı” adlı anım günü keçirildi.         

           Tədbir başlamazdan əvvəl tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər və kitablardan ibarət sərgi ilə tanış oldular.
Tədbiri MKS-inin direktor müavini Gülüstan Rəhimova açdı, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xidmət şöbəsinin Abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva “Tarixin böyük azərbaycanlısı” adlı məruzə ilə çıxış etdi. Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, Xidmət şöbəsinin baş kitabxanaçısı Aygün Sarıyeva, Salahlı kənd kitabxana filialının müdiri Lamiyə Bədəlzadə, 34 –li şəhər kitabxana filialının müdiri Laçın Abdullayeva,Yarməmmədbağı kənd kitabxana filialının müdiri Ofeliya Əzizova və başqaları məruzə ərtafı çıxışlar edərək bildirdilər ki,  ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını uca tutmuş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələri daim önə çəkmişdir.

 

684.4 KB

 

599 KB

 

622.9 KB