Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon 3 saylı şəhər Arvan uşaq kitabxana filialında görkəmli Xalq şairi Məmməd Arazın 85 illiyi münasibəti ilə “ Azərbaycan dünyam mənim” adlı tədbir keçirilmişdir.

06.12.2018

05. 12. 2018-ci il tarixində Göyçay rayon 3 saylı şəhər Arvan uşaq kitabxana filialıda Görkəmli xalq şairi Məmməd Arazın 85 illiyi münasibəti ilə “ Azərbaycan dünyam mənim” adlı  tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan 3 saylı Şəhər Arvan uşaq kitabxana müdiri Mehriban Bayramova qeyd etmişdir ki, görkəmli Xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir.Kitabxananın işçisi Mətanət Məhərəmova “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, - deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir.Tədbirdə 5 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Çıxışlardan sonra söz məktəblilərə verildi.  Məktəblilər şairin şeirlərindən söylədilər.

 

53 KB

 

53 KB

 

55 KB