Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında “Demokratik cəmiyyətdə insan hüquqları” adlı tədbir keçirilib.

12.06.2019

10 iyun 2019-cu il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev  ölkəmizdə insan hüquqlarının daima ön planda olduğunu qeyd edərək  dövlətimizin bu sahədə gördüyü işlərdən danışdı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu həmçinin Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini vurğuladı.

    MKS-nin əməkdaşı İlahə Mirəddinova və Uşaq şöbəsinin müdiri Sevinc İbrahimova    öz çıxışlarında ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə başçısının, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışdılar,  digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında məlumat verdilər.

    13 saylı filial kitabxananın müdiri Hicran Abdurrəhmanova, MKS-nin əməkdaşı Vüsalə Məmmədova çıxışlarında uşaq hüquqlarının müdafiəsi sahəsində keçirilən tədbirlərin, uşaqların təlim-tərbiyəsində və onların cəmiyyət üçün yararlı bir fərd kimi yetişməsində böyük rol oynadığını bildirdilər.

Tədbirin sonunda “İnsan hüquqları və azadlıqları”ndan bəhs edən video-çarx nümayiş olundu və “18 may-18 iyun insan hüquqları aylığı” adlı sərgiyə baxış keçirildi.

 

1.8 MB

 

559.2 KB

 

524.7 KB