Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində ”Hüseynqulu Sarabski gənclərin gözü ilə” adlı tədbir keçirilib.

12.06.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncamına müvafiq olaraq 07.06.2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində "Hüseynqulu Sarabski gənclərin gözü ilə" adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə mərkəzin direktoru Zenfira Əliyeva açaraq bildirib ki, görkəmli Xalq artisti Hüseynqulu Sarabski XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır. Sonra çıxış üçün söz dil və ədəbiyyat müəlliməsi Aysel Məmmədovaya verilib. O, tanınmış teatr xadiminin sənətdə keçdiyi keşməkeşli yolundan söhbət açaraq bildirib ki, o zamanlar, teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə- qorxusuna sinə gərərək Hüseynqulu Sarabski hər zaman öz arzu və xəyallarına doğru inamla gedirdi. Daha sonra Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Fatimə Abışova çıxışında bildirib ki, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədailərindən biri olan Hüseynqulu Sarabski səhnəmizin əfsanəvi Məcnunu kimi şöhrətlənmişdir. Sonda görkəmli aktyorun həyat yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

 

50.1 KB

 

35.4 KB

 

41.2 KB