Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon MKS-nin 3 saylı şəhər Arvan uşaq kitabxana filialında açıq kitab sərgisi keçirilib.

12.06.2019

Göyçay rayon MKS-nin 3 saylı səhər Arvan uşaq kitabxana filialında dərs ilinin başa çatmasi ilə əlaqədar “Gəlin kitab oxuyaq” adlı açıq kitab sərgisi keçirilib. Müəllim və məktəblilərin iştirak etdiyi tədbiri ilk öncə giriş sözü ilə kitabxananın müdiri Mehriban Məcidova açaraq tədbir iştirakçıları salamlayıb. O çıxışında qeyd edib ki, kitab xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitədir, kitab insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biridir. Ona görədə tədbirimizin məqsədi dərs ili başa çatandan sonra məktəbliləri yay tətilində kitabxanaya və kitab oxumağa cəlb etməkdir. Tədbir Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbi şagirdlərin ifasında konsert proqramı ilə davam edib.

 

104.8 KB

 

98.8 KB

 

110.2 KB