Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş Günü ” münasibəti ilə “Qurtuluşdan dinamik inkişafa” mövzusunda tədbir keçirilib.

13.06.2019

12 iyun 2019-cu il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş Günü ” münasibəti ilə “Qurtuluşdan dinamik inkişafa” mövzusunda tədbir keçirilib.

Bayram tədbrində Mərkəz kollektivi ilə yanaşı rayon Həsən bəy Zərdabi Muzeyinin kollektivi, rayon 1 saylı məktəb-liseyin müəllim və şagirdləri, Zərdab Uşaq İncəsənət Məktəbinin rəqs qrupu və mədəniyyət müəssisələrinin əməkdaşları  iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səslənirildikdən sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. 

Heydər Əliyev Mərkəzinin bələdçisi Xanım İmanova  Möhtərəm Prezidentimiz İlham Əliyevin son 101 illik tariximizdən danışarkən ifadə etdiyi "Azərbaycan xalqının dövlət qurmaq istedadı var” fikri ilə çıxışına başlayıb və elmi mühazirə ilə davam etdirib. Bildirib ki, 15 iyun tarixi bu fikrin bariz nümunəsidir. 

Həsən bəy Zərdabi Muzeyinin direktoru, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin sədri Vəfa Bayramova 15 iyun tarixinin xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunduğunu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunduğunu nəzərə çatdırıb. V.Bayramova qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını vurğulayıb. V.Bayramova  Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib

Tədbirdə  1 saylı məktəb-liseyin V sinif şagirdlərinin ifasında Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin sədri Vəfa Bayramova tərəfindən tədbirdə iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub.

 

3.5 MB

 

2.6 MB

 

3.2 MB