Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay Rayon Heydər Əliyev Mərkəzində ”İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

13.06.2019

11 iyun 2019-cu il tarixində Göyçay Rayon Heydər Əliyev Mərkəzində "İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarını bilmək haqqındır" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkədə "İnsan Hüquqları Günü" kimi qeyd edilir və çıxış üçün sözü Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəlliməsi Samirə İsmayılovaya verib. O, söyləyib ki, insanlıq yarandığı gündən insanlar öz hüquqlarının qorunması, insanlar arasında birlik və bərabərlik olması, bu cür cəmiyyətin yaranması üçün daim mübarizə aparmışlar. Sonra çıxış üçün söz Göyçay rayon Dini qurumlar üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Rauf Nəsirova verilib. O da öz növbəsində "İslamda hüquq  nədir?" mövzusu ətrafında çıxış edərək İslam hüququnun keçmiş əsrlərə aid olduğunu düşünməyin böyük yanlış olduğunu, islam hüququnun müasir dövrün ən möhtəşəm hüquq sistemlərindən biri olduğunu bildirib. Daha sonra çıxış üçün söz DİM-nin dil və ədəbiyyat üzrə markeri Aysel Məmmədovaya verilib. O bildirib ki, insanlar yarandığı gündən onlarla birgə doğulan hüquq və azadlıqlar var və bunlardan ən alisi onların azadlıq hüququdur.Lakin bunun insanların müəyyən çərçivələri aşması anlamına gəlmədiyini də vurğulayıb. Sonda insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş olunub.

 

69.7 KB

 

46.1 KB

 

53.3 KB