Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Rayon Mərkəzi kitabxanada 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

13.06.2019

12 iyun 2019-cu il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Mərkəzi kitabxana  və 1 saylı şəhər Gənclər kitabxanasının birlikdə  hazırladığı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

       Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev 1992-1993-cü illərdə baş verən hadisələrlə bağlı ətraflı məlumat verərək,Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında misilsiz xidmətlərindən bəhs edib.

     Sonra MKS-nin əməkdaşı Vüsalə Məmmədova  “Milli Qurtuluş Günü” adlı məruzə ilə çıxış edib.   O, milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib.

        Tədbirdə Nizami adına orta məktəbin şagirdləri Gülay Ağazadə, Şəms Rüstəmli, Zəhra Lətifli, Nuray Lətifli, Şəlalə Ağazadə, Laləzar Rəsulzadə, Zəhra Zəkəriyyəyeva, Mədinə Cavadovanın ifasında Heydər Əliyevə və onun siyasi fəaliyyətinə həsr olunmuş şeirlər səslənib.

     Tədbirdə çıxış edən Ağdaş RİH-nin məsul işçisi Möhlüd Hacıxanov qeyd edib ki Azərbaycan xalqı iqtisadi və siyasi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib. 

   Tədbir Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “Milli qurtuluşdan intibaha” adlı sənədli filmin nümayişi ilə davam edib.

     Sonra Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev Mərkəzi kitabxananın keçirdiyi tədbirlərdə fəal iştirak etdiyi üçün Nizami adına orta məktəbin ibtidai sinif müəlliməsi Hicran Rəsulovaya “Fəxri Fərman”  təqdim edib.

     Tədbirin sonunda tədbir iştirakçıları “15 İyun – Milli Qurtuluş Günü” adlı sərgi ilə tanış olublar.

 

867.5 KB

 

742.8 KB

 

823.5 KB