Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayonunda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib.

14.06.2019

13.06.2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayonu u üzrə mədəniyyət müəssisələrinin seminar müşavirəsi keçirilib. 
       Müşavirədə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, İdarənin rəis müavini Sahib Şükürov, Regional idarənin məsləhətçisi İlqar Vəliyev, Göyçay rayonunda fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin rəhbərləri və mədəni-maarif işçiləri iştirak ediblər.

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin aprel-may ayları ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflıhesabat xarakterli çıxış edib.

       Sonra 2019-cu ilin aprel-may ayları ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin- Göyçay  rayon MKS-nin direktoru Rövşən Balayeva,rayon uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova və digərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib.

 

63.9 KB

 

59.7 KB

 

53.3 KB