Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay Rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

14.06.2019

Göyçay rayon Uşaq Fondunun sədri Aytən Hacızadənin və Göyçay Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay rayon 3 saylı tam orta məktəbin 5-ci və 6-cı sinif şagirdlərinin və Göyçay rayon Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. İlk olaraq, Mərkəzin direktoru Zenfira Əliyeva bu tarixi günün əhəmiyyətindən danışaraq bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtması nəticəsində dövlətimiz müstəqilliyini itirmək təhlükəsindən xilas olmuşdur. Daha sonra şagirdlərə Ümummilli Liderin dərin irsi və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Son olaraq, Göyçay rayon 3 saylı tam orta məktəbin 5-ci və 6-cı sinif şagirdləri Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə fəal iştirak etdiklərinə görə Göyçay rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

 

68.3 KB

 

52.6 KB

 

58.9 KB