Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

16.07.2019

      Ağdaş MKS-nin oxu zalında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə “Müasir Azərbaycanın memarı” adlı dəyirmi masa keçirilb.

        Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq qeyd edib ki, iyul ayının 14-də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci ili tamam olur. Məhz bu gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. Heydər Əliyev vətəndaş, şəxsiyyət, lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. Sonra tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarxın nümayişi ilə davam edib.

         MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva öz məruzəsində bildirib ki, Heydər Əliyev müasir Azərbaycan adlandırdığımız müstəqil məmmləkəti, onun bu günkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. O, vurğulayıb ki,Ümummilli Liderimiz Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etməyə başlayandan sonra respublikanın dinamik inkişafına dair kompleks proqramlar işlənib hazırlanıb, bütün sahələrdə vüsətli dəyişikliklər baş verib.

        Ağdaş rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov öz çıxışında bildirib ki,1993-cü ildə Xalqın Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasını təkidlə tələb etməsi heç də təsadüfü deyildi. Tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmişdir. Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırmışdır.

       Sonda “Müasir Azərbaycanın memarı” adlı sərgiyə baxış olub. Sərgidə nümayıiş olunan  ədəbiyyatlar tədbir iştirakçılarının marağına səbəb olub.

 

703.8 KB

 

821.4 KB

 

835.3 KB