Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Arvan uşaq kitabxana filialında “Açıq kitabxana” lahiyəsi əsasında “Gəlin, kitab oxuyaq” adlı kitab sərgisi keçirilib.

18.07.2019

17 iyul 2019 -cu il tarixində Göyçay rayon MKS-nin 3 saylı səhər Arvan uşaq kitabxana filialında oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə kitabxanın qarşısında “Açıq kitabxana ” təşkil edilib. Sərgidə “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar”, “Gəlin, kitab oxuyaq” , “Yay məktəbi”, “Uşaqların nağıl dünyası” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. Ən maraqlısı isə odur ki, kitab həvəskarları açıq kitabxanaya maraq göstərərək, nümayiş olunan ədəbiyyatlarla tanış olublar. Sərgidə azyaşlı oxucuların da maraqları nəzərə alınaraq uşaq dünyasına dair CD-lər və nağıl kitabları nümayiş olunub.

 

122.8 KB

 

95.2 KB

 

84.9 KB