Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mədəniyyət Mərkəzində “Mətbuatımızın Əkinçisi” adlı tədbir keçirilib.

24.07.2019

22 iyul 2019-cu il tarixində Zərdab rayon Mədəniyyət Mərkəzində Həsən bəy Zərdabi muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə “Əkinçi” qəzetinin yaranmasının 144-cü ildönümü ilə əlaqədar “Mətbuatımızın Əkinçisi” adlı tədbir keçirilib.
        Tədbiri giriş sözü ilə H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova açaraq qeyd edib ki ,Həsən bəy Zərdabi özünün də ifadə etdiyi kimi yuxulu qardaşlarını qəflət yuxusundan oyatmaq və bütün xalqın qəlbinə daxil olmaq üçün daha kəsərli vasitə axtarırdı. Zərdabi, xalqın öz ana dilində qəzetinin çıxarmasını xalqın mənəvi inkişafında,elmin və maarifin geniş yayılmasında misilsiz əhəmiyyəti olan bir vasitə kimi görürdü. Nəhayət,1875-ci il iyul ayının 22-də Zərdabi Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”qəzetini nəşr etməyə müvəffəq oldu.”Əkinçi” az yaşadı,ancaq şərəfli ömür sürdü.

       Tədbirdə çıxış edənlər “Əkinçi”qəzetinin nəşrinin xalqımızın həyatında, mədəniyyət tariximizdə son dərəcə böyük, mütərəqqi bir hadisə olduğunu qeyd ediblər.

       Sonda muzeyin əməkdaşı Mübariz Səfiyaroğlu Milli Mətbuatımızın 144–cü ildönümünə həsr etdiyi şeiri söyləyib.

 

3.5 MB

 

3.5 MB

 

3.5 MB