Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Milli Mətbuat Günü ilə əlaqədar Həsən bəy Zərdabi muzeyində ekskursiyalar təşkil edilib.

24.07.2019

144 ildir ki, 22 iyul Azərbaycanda Mətbuat günü kimi qeyd olunur.Bu günün ən böyük  sevinci jurnalistlərin payına düşür. Zərdab rayonunda Zərdabi ənənələrinə sadiq olan onun ideyalarını layiqincə davam etdirən “Əkinçi” qəzeti nəşr olunur. Öz yolu,öz üslubu olan, insanları düşündürən maraqlı mövzulara toxunan bu qəzetin əməkdaşları olan jurnalistlərimiz bu gözəl bayram günündə Həsən bəy Zərdabi muzeyini ziyarət ediblər.

         Həsən bəy Zərdabi “Əkinci” qəzeti ilə xilaskar bir mayak ucaltdı, onu sönmək bilməyən nurla işıqlandırdı. Belə bir xeyirxah nur mənbəyi olan mayakı yad etmək hər bir azərbaycanlının müqəddəs vətənpərvərlik borcudur.

         Belə ki, 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Həsən bəy Zərdabi muzeyinə Ucar rayonundan gələn bir qrup gənc Həsən bəy Zərdabinin əziz xatirəsini ehtiramla yad ediblər.

 

133.4 KB

 

123.6 KB

 

141.7 KB