Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Dəhnəxəlil kənd kitabxanasında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədi ilə tədbirlər keçirilir.

25.07.2019

15 iyul 2019-cu il tarixindən etibarən Ağdaş rayon Dəhnəxəlil kənd kitabxanasında kənd klubunun və kitabxananın birgə təşkilatçılığı ilə məktəblilərin və məktəbəqədər yaşlı uşaqların yay tətilinin səmərəli təşkili məqsədi ilə müxtəlif səpkili tədbirlər keçirilir. Tədbirlərdə kitabxananın fondunda olan kitab və jurnallardan ucadan oxular, nağıl saatları təşkil edilib,uşaqlarla birgə nağılların müzakirəsi keçirilib.Eyni zamanda tədris ili ərzində keçdikləri dərsləri təkrarlamaq məqsədilə bilik yarışları və testlər, əyləncəli tapmaca, atalar sözü və bayatı yarışları da təşkil olunub.

 

1.8 MB

 

1.8 MB

 

1.9 MB