Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxanasında Ağdam rayonunun işğalının 26 illiyi ilə əlaqədar “Qarabağın giriş qapısı-Ağdam” adlı anım tədbiri keçirilib.

25.07.2019

23 iyul 2019-cu il tarixində Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının “Hərbi vətənpərvərlik” guşəsində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalının 26 illiyi ilə əlaqədar “Qarabağın giriş qapısı- Ağdam” adlı anım tədbiri keçirilib.

Tədbir ilk öncə Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra tədbiri MKS-nin direktoru Nailə Əliyeva açaraq, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ağdamın işğalının 26 illiyi ilə əlaqədar fikirlərini bildirib. Dövlətimizin bu münaqişənin tezliklə həll olunması üçün apardığı genişmiqyaslı işlərindən danışıb, bu fəaliyyətin nəticəsi olaraq tez bir zamanda torpaqlarımızın azad olunacağına ümidvar olduğunu bildirib.

Sonra kitabxananın əməkdaşı Mapəri Xəlilova  “Ağdamın işğalından 26 il keçir” başlıqlı  məruzə ilə çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanın dilbər güşəsi olan Ağdam rayonunun işğalından 26 il keçir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəymişdir. 1993-cü il 23 iyul tarixində Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş vermiş, Əskəran, Ağdərə və Xankəndi mövqelərinə yaxın olan strateji əhəmiyyətli Ağdam rayonu işğal olunmuşdur. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatına 3 milyard manat ziyan dəymişdir. Məruzəçi sonda qeyd etdi ki,Dağlıq ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək və bütün qaçqın və köçkünlərimiz öz yurd - yuvalarına qayıdacaqlar.

Tədbir iştirakçısı Gəndəbil kənd kitabxana filialının əməkdaşı Məmmədkərim Hacıyev də Ağdamın işğalı ilə əlaqədar öz fikrini belə ifadə edib: Hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, musiqi səslərinə möhtac qalmış barlı-bərəkətli torpaqlarımız tezliklə azad ediləcəkdir.

 

1 MB