Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxanasında “Gəncliyimizi qoruyaq!” başlıqlı tədbir keçirilmişdir.

25.07.2019

25 iyul 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında “Gəncliyimizi qoruyaq!” başlıqlı tədbir keçirilmişdir.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Zamil Əliyev, Mədəniyyət Mərkəzinin, YAP Zərdab rayon təşkilatının nümayəndəsi, Uşaq və Ailələrə Dəstək  Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, H.B.Zərdabi muzeyinin,Mərkəzi Kitabxananın və şəhər kitabxana filiallarının əməkdaşları  və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri Zərdab rayon MKS-inin direktoru Nailə Əliyeva açaraq, qeyd etdi ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və  xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya və erkən nigahlara qarşı apardığı təbliğat çox güclü vasitədir. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi  vacibdir.

Tədbirdə çıxış edənlər - DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov  , Zərdab rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri  Hüquqlarının Müdafiəsi Üzrə Komissiyanın məsləhətçi-psixoloqu Zamil Əliyev  və Uşaq və Ailələrə Dəstək  Mərkəzinin rəhbəri ləman Səfərəliyeva müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini ifadə edərək bildirdilər ki, düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi  hislərin yaranmasına səbəb olar. Yetkinlik yaşına çatmayanların və gənclərimizin narkomanlığın faciəli girdabına yuvarlanmaması üçün hər zaman və hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən uzaq olsunlar. Bu zəhərin dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınıar. Çünki narkotiklər ölümdür, varlığın qənimi, həyatın sonudur.

Tədbirin sonunda iştirakçılar mövzu ilə əlaqədar  kitab və qəzet nümunələrindən təşkil olunmuş “ Gəncliyimizi qoruyaq” başlıqlı sərgi ilə tanış oldular.

 

1.1 MB

 

1.1 MB

 

1 MB