Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə fonda daxil olmuş yeni kitabların təqdimatı keçirilib.

29.07.2019

29 iyul 2019-cu il tarixdə Ağdaş rayon  Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin   təşkilatçılığı ilə Heydər parkında  mərkəzi kitabxananın fonduna daxil olan yeni kitablara həsr olunmuş kitab təqdimatı keçirilib.Tədbiri giriş sozü ilə MKS –nin direktoru Seyfəddin Feyzullayev  açaraq oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə son günlərdə fonda daxil olmuş 400 nüsxədən çox kitab haqqında məlumat verərək bildirib ki, daxil olan kitabların əksəriyyəti Prezident İlham Əliyev cənablarının 2004-cü il sərəncamı ilə nəşr edilən Dünya Ədəbiyyatı Kitabxanası seriyasından nəşr olunan kitablardır.

         MKS-nin Abonement bölməsinin müdiri Ruhiyyə Cavadova fonda daxil olan yeni kitablar haqqında geniş məlumat verib.O, bildirib ki, sərgidə  467 nüsxə,139 adda latın qrafikalı və  rus dilində kitablar nümayiş olunur. Bunların 184 nüsxəsi  müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat, 281 nüsxə bədii ədəbiyyata aiddir. Eyni zamanda  xarici dildə Den Braun, Artur Konan Doyl, Slimani Leyla, Jül  Vern, Daniel Defo və digər yazıçıların kitabları nümayiş olunur. 

        Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, Ağdaş qəzetinin redaktoru, rayon ağsaqqalları, ziyalılar, məktəblilər, kiçik yaşlı uşaqlar, mədəniyyət işçiləri və yerli şəhər sakinləri, oxucular iştirak edirdi. Kitab təqdimatında oxucular nümayiş olunan nəşrlərlə tanış olublar. Eyni zamanda 20-yə yaxın kitabsevər kitabxanaya üzv yazılıb.

         Parkda eyni zamanda kiçikyaşlı uşaqların istirahətini təmin etmək üçün ”Nağıl dünyamız” adlı sərgi də təşkil olunub.Sərgidə “Göy qurşağı”, “Sehrli dünya” jurnalları nümayiş etdirilib. Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər. Həmçinin “Kitab oxu, kitabla dost ol”, “Mən oxudum, sən də oxu”, “Kitab oxumaq insanı kamilləşdirir” adlı maraqlı  rubrikalar  oxucuların  diqqətini  cəlb edib.

 

1.5 MB

 

1.9 MB

 

1.1 MB