Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

30.07.2019

"Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında"  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əmrinə əsasən 30 iyul 2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzinin kitabxanasında Hüseyn İbrahimovun 100 illik yubileyinə həsr olunmuş "Hüseyn İbrahimov-100" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Göyçay rayon Heydər Əliyev Mərkəzinin kitabxana filialının müdiri Səidə Hacıyeva açaraq bildirib ki, Xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdır. Daha sonra Mərkəzin əməkdaşı Ülviyyə İsayeva çıxışında Xalq yazıçısının çoxillik yaradıcılığının bütün dövrlərində maarifçi ziyalıların və gənclərin taleyi ilə bağlı mövzular, sujetlər və obrazlar üstünlük təşkil etdiyini vurğulayıb. Növbəti olaraq, Mərkəzin kiçik elmi işçisi Ülkər Məlikzadə çıxışında Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərlərinin oxucular tərəfindən həmişə rəğbətlə qarşılandığını, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynadığını bildirib.

 

64.1 KB

 

141.7 KB

 

81 KB