Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin Bıçaqçı kənd filialında “Yay+kitab=Mən” adlı tədbir keçirilmişdir.

09.08.2019

Yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 7 avqust  2019-cu il tarixində Zərdab rayon MKS-nin Bıçaqçı kənd filialında  “Yay +kitab=Mən” adlı tədbir keçirilmişdir. Tədbirdə kitabxana filialının müdiri İradə Abışova uşaqlara kitabxanaya yeni daxil olmuş uşaq ədəbiyyatları və jurnallarını təqdim edərək onlar haqqında ətraflı məlumat vermişdir.

Təşkil olunmuş tədbir uşaqlar tərəfindən maraqla qarşılanmışdır.

“Yay+kitab=Mən” adlı tədbirlər yay mövsümü müddətində davam edəcək.

 

1 MB

 

1.2 MB

 

1.1 MB