Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin Şıxbağı kənd filialında “Qiraət günü” keçirilmişdir.

14.08.2019

11 avqust 2019-cu il tarixində  Zərdab rayon MKS-nin Şıxbağı kənd filialında mütaliəyə diqqətin artırılması məqsədilə məktəbli oxucular arasında "Kitabı sevək,sevdirək” devizi ilə yay tətili günlərində bədii “Qiraət günü”  keçirilmişdir.“Qiraət günü” tədbirinin keçirilməsinin əsas məqsədi uşaqların bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.Tədbirdə kitabxananin  kiçikyaşlı oxucuları- Məhəmməd, Əli, Zəhra, Səadət, Məryəm,Ayan,Fərid,Seyid və Azad - iştirak ediblər. Onlar əvvəlcə kitabxanada olan uşaq ədəbiyyatı ilə tanış olublar.

Sonra kitabxananın müdiri Mariya Feyzullayeva uşaqlara mütaliənin əhəmiyyətindən,  kitabın əvəzsiz sərvət olmasından danışıb. “Kitab bilik mənbəyidir” ifadəsini hər bir oxucuya başa salmağa çalışıb. O, məktəblilərdə mütaliəyə maraq yaratmaq və mütəmadi olaraq kitab oxumaları üçün dəyərli məsləhətlər verib.

 

1.1 MB

 

1.4 MB

 

1.3 MB