Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon MKS-də “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

27.08.2019

27 avqust  2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin məsləhətçiləri ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.  Tədbirdə  ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət kapitanı Azər Mahmudov, Təlim və əməliyyat planlaşdırma şöbəsinin zabiti, baş leytinat Elmir Şirinov, Marifləndirmə sektorunun baş məsləhətçisi Anar Məmmədov iştirak ediblər. Mərkəzin əməkdaşları  “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi”, “Elektrik cərəyanı haqqında anlayış” və “112 - qaynar telefon xətti təhlükəsizliyimizin qarantınidır” mövzularında çıxışlar ediblər. Sonda əməkdaşlar tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi apararaq, onları maraqlandıran sualları cavablandırıblar.

 

98.8 KB

 

105.7 KB

 

124.6 KB