Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Mütaliə insanları bilikli, söhbətçil və hazırcavab edir” adlı səyyar kitabxana keçirilib.

28.08.2019

            28 avqust 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzi kitabxanasının əməkdaşları tərəfindən yay fəslində rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar “Mütaliə insanları bilikli, söhbətçil və hazırcavab edir” adlı səyyar kitabxana təşkil edilib. Səyyar kitabxananı təşkil etməkdə əsas məqsəd sakinləri kitab oxumağa həvəsləndirmək, ölkəmizin tarixi və mədəniyyəti ilə daha yaxından tanış etməkdir.  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  təşkil olunmuş səyyar kitabxana sakinlər tərəfindən böyük maraqla qarşılanıb.  Sərgidə “Ümummilli  lider Heydər Əliyev”,  “Kənd təssərüfatı”, “Vətən torpagı bizi səsləyir”,  “Mən oxudum, səndə oxu” adlı başlıqlar, həmçinin tarixə, milli-mənəvi dəyərlərimizə,  mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq hüquqlarına dair  110 nüsxədən çox ədəbiyyat  nümayiş etdirilib.Eyni zamanda tədbir zamanı bir qrup oxucu  kitabxanaya üzv olublar.

         Göyçay Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən səyyar kitabxana xidməti mütəmadi olaraq davam etdiriləcəkdir.

 

135.9 KB

 

153.7 KB

 

137 KB