Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Füzulisiz,Cəbrayılsız və Qubadlısız 26 il” adlı dəyirmi masa keçirilib.

29.08.2019

Azərbaycanın Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. Bu münasibətlə Göyçay rayon Heydər Əliyev Mərkəzində bu günlə əlaqədar " Qarabağı unutmayaq" adlı tədbirlər silsiləsindən "Füzulisiz, Cəbrayılsız və Qubadlısız- 26 il" adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açdıqdan sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra işğal olunmuş ərazilərimiz haqqında Göyçay rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva çıxış edib. O, çıxışında torpaqlarımızın 1988-ci ildən başlayaraq ermənilərin mütamadi hücumuna məruz qalmasından bəhs edib. Daha sonra söz Mərkəzin bələdçisi Aytən Zeynalovaya verilib. O, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalı haqqında məruzə ilə çıxış edib. Çıxışının sonunda o, "Aprel döyüşləri" nin Azərbaycan tarixinə ordumuzun gücünü, xalqla ordunun birliyini və vətənpərvərliyinin göstəricisi kimi düşdüyünü qeyd etdi. Daha sonra videoçarx nümayiş olunub.

 

1.1 MB

 

410.4 KB

 

1.3 MB