Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin 34 saylı şəhər filialı, şəhər 2 saylı Körpələr evi-Uşaq bağçasının birgə təşkilatçılığı və rayon Tarix-Diyarşünaslıq muzeyinin dəstəyi ilə “Bağçadan məktəbə gedən yol” başlıqlı tədbir keçirilib.

30.08.2019

29 avqust 2019-cu il tarixində Zərdab rayon MKS-nin 34 saylı şəhər filialı, şəhər 2 saylı Körpələr evi-Uşaq bağçasının birgə təşkilatçılığı və rayon Tarix Diyarşünaslıq muzeyinin dəstəyi ilə  “Bağçadan məktəbə gedən yol” başlıqlı buraxılış tədbiri keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Uşaq bağçasının tərbiyəçisi Şəfəq Xəlilova uşaqları bu il məktəbə getmələri münasibəti ilə təbrik edib, onlara yaxşı oxumağı və vətənimiz Azərbaycana layiqli vətəndaş olmağı arzu edib.

Kitabxana filialının müdiri Laçın Abdullayeva uşaqları təbrik edərək onlara gələcək məktəb həyatlarında uğurlar diləyərək bildirib ki,cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimiz olan uşaqları qorumaq isə hamımızın borcudur.

     Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər.

        Tədbirin sonunda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü onündə xatirə şəkli çəkdirilib.

 

1.4 MB

 

1.2 MB

 

1.1 MB