Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon MKS-nin filialları tərəfindən “Yay Məktəbi” məşğələləri davam etdirilir.

04.09.2019

     Məktəblilərin yay tətili günlərində Ağdaş rayon MKS-nin 62 və 65 saylı şəhər kitabxanaları və Uşaq şöbəsində “Yay məktəbi”nin növbəti məşğələləri  keçirilib.

       62 saylı filial kitabxananın qarşısında Azərbaycan ədəbiyyatının uşaq yazıçılarının hekayələri əsasında bədii qiraət keçirilib. Kitabxanaçı Abdullayeva Günel uşaqlara  Abdulla Şaiqin,Cəlil Məmmədquluzadənin və başqalarının  hekayələrini  oxuyub.Sonra həmin hekayələr əsasında sual-cavab keçirilib. Sual cavabda Rəsulova Quba və Məmmədova Çiçək fəal iştirak ediblər.

       65 saylı filial kitabxanada“Yay məktəbi” çərçivəsində “Ucadan oxu” adlı tədbir keçirilib. Uşaqların oxu qiraəti üzrə bacarıqları yoxlanılıb və ən yaxşı ucadan oxuyan uşaqlar qiymətləndirilib.

      Ağdaş rayon MKS-nin Uşaq şöbəsi 8 saylı uşaq bağçasında kiçikyaşlı oxucular üçün “Nağıl saatı” keçirib.

      Şöbənin müdiri Sevinc İbrahimova uşaqları və müəllimləri kitabxanaya yeni daxil olmuş uşaq kitabları ilə  tanış edib. Şöbənin əməkdaşı Xatirə Paşayeva uşaqlara maraqlı nağıllar oxuyub, onlara nağıl qəhrəmanları haqqında suallar verib və düşüncələrini öyrənib.

“Nağıl saatı” nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.

       Yay tətili günlərində belə tədbirləri keçirilməsi məktəblilərdə kitaba maraq səviyyəsini artırır və boş vaxtlarının səmərəli keçirilməsinə şərait yaradır.

 

148.1 KB

 

63.1 KB

 

915.7 KB