Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəsul Rza ev muzeyində yazıçı Hüseyn İbrahimov yad edilib.

04.09.2019

“Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar 30 avqust 2019-cu il tarixində Rəsul Rzanın ev muzeyində  “Ədəbiyyata həyat fənni kimi baxan yazıçı” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məruzəylə çıxış edən muzeyin ekskursiyaçısı Gülnar Ağayeva Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı verilmiş Sərəncamın yazıçının yaradıcılığına göstərilən yüksək qiymət və dəyərin olduğunu qeyd etmişdir. Sərəncamda deyilir: “Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimovun tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.

Natiq çıxışında görkəmli yazıçının Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsində sədr kimi çalışdığı müddətdə ədəbi mühitin formalaşmasında, yeni yazıçıların, şairlərin ədəbiyyata gəlişinə xüsusi həssaslıqla yanaşdığını qeyd etmişdir. Dəyirmi masada ədibin yazmış olduğu əsərlər müzakirə olunmuş, kitablarına baxış keçirilmişdir.

 

815.3 KB

 

945.8 KB