Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

21 avqust-21 sentyabr “Sülh aylığı” ilə əlaqədar Zərdab rayon MKS-nin kitabxana filiallarında mühazirələr, söhbət-sərgilər, məruzələr keçirilir.

07.09.2019

Sentyabrın 5-də Zərdab  rayon MKS-nin  6 saylı  Qoruqbağı və  35 saylı Yastıyol kənd filiallarının birgə təşkilatçılığı ilə Qoruqbağı kənd Körpələr evi-uşaq bağçasında  21 avqust- 21 sentyabr “Sülh aylığı” çərçivəsində  "Göyərçin Sülh quşudur” başlığı altında söhbət təşkil edilmişdir.

       Tədbiri Qoruqbağı kənd kitabxana filialının müdiri Rəsmiyə Əhmədova açaraq, 21 sentyabr tarixinin bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü ” kimi qeyd olunması haqqında məlumat verərək qeyd edib ki,Azərbaycan Respublikasında hər il  21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir.

      Tədbirdə Yastıyol kənd kitabxana filialının müdiri Rüxsarə Xəlilova uşaqlara uşaq jurnallarından Sülh haqqında şeirlər oxuyub.

Sonda körpə fidanlar öyrəndikləri şerlərdən söyləyiblər.

 

1.1 MB

 

1 MB

 

1.1 MB