Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxanasında “Sülh aylığı” çərçivəsində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.

10.09.2019

           Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Ucar  bölgəsi üzrə şöbəsinin  və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  birgə təşkilatçlığı ilə Mərkəzi Kitabxanada “Sülh aylığı”  çərçivəsində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda  tədbir  keçirilib.

          Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Ucar  bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov,  Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Nailə Əliyeva  və Mərkəzi Kitabxananın əməkdaşları,  şəhər 37, 38 ,39 saylı kitabxana filiallarının əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ləman Səfərəliyeva, Gənclər və İdman İdarəsinin məsul işçiləri Ələkbər Kərimov və Taleh Məmmədov  iştirak ediblər.

          Tədbiri giriş sözü ilə açan  Zərdab  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Nailə Əliyeva BMT-nin müvafiq qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh günü kimi qeyd olunduğunu, bu günün keçirilməsinin mahiyyəti, Müvəkkilin təşəbbüsü ilə hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığının”, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasında əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini qeyd edib.

          Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Ucar  bölgəsi üzrə şöbəsinin əməkdaşı  Sədi Hüseynov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd  edib ki, gənclər arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.

         Uşaq və Ailələrə Dəstək Mərkəzinin  rəhbəri Ləman Səfərəliyeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov  və Mərkəsi kitabxanaın şöbə müdiri Gülzar Qasımova  çıxışlarında aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizin tolerantlıq məkanı kimi dünyada nüfuz qazandığı, multikultural dəyərlərə malik nümunəvi dövlət olmasını  və  xalqımızın sülhpərvər dəyərlərini  də  vurğulayıblar.

 

1.2 MB

 

1.3 MB

 

1.3 MB