Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib.

20.09.2019

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Beynəlxalq Sülh Günü” çərçivəsində şəhər 3 nömrəli məktəbin müəllim və şagird kollektivi ilə birgə “Yurdda sülh,cahanda sülh” başlığı altında tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Aybəniz Qəhrəmanova insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın əsasının qoyulduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan Sülh ölkəsidir. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasəstin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Daha sonra şagirdlər sülh haqqında şeirlər söyləyiblər,mahnı ifa ediblər.Sonda kiçik məktəblilər havaya sülh rəmzi olan ağ göyərçinlər və şarlar uçurdublar.

 

157.5 KB

 

63.9 KB

 

67.5 KB