Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzi Kitabxanasında “Mən sülhə səs verirəm” adlı dəyirmi masa keçirilib.

21.09.2019

20 sentyabr 2019-cu il tarixində Göyçay rayon Mərkəzi Kitabxanasında “Mən sülhə səs verirəm” adlı dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə Göyçay rayon MKS-nin drektoru Rövşən Balayeva açaraq bildirib ki, xalqımızın Beynəlxalq Sülh Gününü qeyd etməsi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. O, illərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatınin nə dərəcədə əhəmiyyətli olduğundan söhbət açıb.Daha sonra kitabxananın əməkdaşlarından Səlmi Şıxalıyeva, Rəna Kərimova sülh tərəfdarı olan cənab Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağrışından danışıblar. Sonda “21 sentyabr Beynəlxalq Sülh Günüdür” adlı sərgiyə baxış keçirilib.

 

106.2 KB

 

108.6 KB

 

102.4 KB